3x3 basketbol millimiz Novı Sada təlim-məşq toplanışına yollanıb

Kişilərdən ibarət Azərbaycanın 3x3 basketbol millisi təlim-məşq toplanışı çərçivəsində Seribayanın Novi Sad şəhərinə yola düşüb.

Presssport.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə, qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir.

Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə hazırlıq prosesinin sonlarında qərar veriləcək.

İyunun 7-nə qədər davam edəcək toplanışın əsas məqsədi, iyunun 8-dən, 9-dək Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, millimiz təsnifat mərhələsinin "B" qrupunda, Kosovo, Kipr, Albaniya və Ermənistan yığmaları ilə qarşılaşacaq

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC