Ronaldo Səudiyyə Ərəbistanının və dünya futbolunun tarixinə düşdü

Səudiyyə Ərəbistanı çempionatının sonuncu - XXXIV turunun oyunu “Əl-Nəsr” və “Əl-İttihad” arasında baş tutan prinsipial oyunla əlamətdar olub. 

Presssport.az xəbər verir ki, Kriştiano Ronaldonun dubla imza atdığı matçdan çıxış etdiyi "Əl-Nəsr" 4:2 hesabı ilə qalib ayrılıb.

Bununla da 39 yaşlı hücumçu mövsümün bombardiri olub. 

35 qol həm də Səudiyyə Ərəbistanı liqasının rekordudu. Ronaldo isə 4 müxtəlif çempionatda (La Liqa - 3 dəfə, A Seriyası, Premyer Liqa, Səudiyyə Ərəbistanı Liqası) bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC