Boksçumuz Banqkokda lisenziya turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti döyüşünə çıxıb.

Presssport.az Azərbaycan Boks Federasiyasıın mətbuat xidmətinə istinadən xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab edib. Bununla da Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək.

Onu da bildirək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC