Finala doğru böyük üstünlük

Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaq.

Presssport.az xəbər verir ki, komandalar indiyədək 36 dəfə görüşüb.

Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib.

Yeganə kubok görüşündə də “sülh” qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətirib. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.

Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, "Zirə" 18 qola imza atıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC