Çerçesov millimizi çalışdırmağa isti baxır: "Belə şeylərə ciddi yanaşıram, çünki...'

Adı Azərbaycan milli komandası ilə hallanan rusiyalı mütəxəssus Stanislav Çerçesov Rusiya mətbuatına müsahibə verib. Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis AFFA-nın ona rəsmi təklif göndərmədiyini açıqlayıb.

- Uzun müddət "Zenit"də çıxış edən, oradan Almaniyanın "Bayer" klubuna keçən istedadlı qapıçı Andrey Lunyovun "Qarabağ"la müqaviləsi başa çatır. Rusiya mətbuatı isə bəzi klublarımızın onunla maraqlandığını yazır…

- Artıq bir neçə ildir ki, Andreyin karyerasını izləyirəm. Üstəlik, hətta rəqib kimi futbol meydanında qarşılaşmalı olmuşuq. Həm də Rusiya klublarından ona maraq olmasından xəbərim var.

- Bildiyimizə görə, öz növbəsində yerli mətbuat yazırdı ki, Azərbaycan futbolunun rəhbərliyi sizə maraq göstərir, bu ölkənin millisinə rəhbərlik etməyi təklif edir. Doğrudur?

- Bəli, doğrudan da, belə nəşrlər görmüşəm. Amma hələlik rəsmi danışıqlar olmayıb. Belə şeylərə ciddi yanaşıram. Çünki Azərbaycan zəngin futbol ənənələri olan futbol ölkəsidi. Onların millisi ilə ən çətin vəzifənin də öhdəsindən gəlmək olar. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev təkcə futbolu deyil, bütün peşəkar və kütləvi idmanı dəstəkləyir. Mehriban Əliyeva da idman layihələrinə, müxtəlif idman növləri üzrə federasiyaların inkişafına böyük diqqət yetirir. Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir. AFFA bu yaxınlarda gənc, ambissiyalı rəhbər Rövşən Nəcəfə tapşırılıb. Bəlkə də, doğru qərarlar verməsi üçün zamana ehtiyacı var.

- Artıq xarici klublarda zəngin və uğurlu təcrübəniz var. Amma özünüz də dəfələrlə demisiniz ki, millinin baş məşqçisi tamamilə başqa səviyyəli, məsuliyyəti özündə ehtiva edən ictimai vəzifədir…

- Bu barədə sakit danışıram, çünki artıq Rusiya millisi ilə çalışmışam. Evdəki dünya çempionatında isə tarixin ən yaxşı nəticəsini əldə edə bildik. Azərbaycanda futbolçular və məşqçilər heyəti ilə hamının başa düşdüyü bir dildə danışmaq imkanı var. Bu mənada Azərbaycan xalqının, milli komandanın oyunçularının mentalitetini, mədəniyyətini dərindən bilmək də yaxşı köməkdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC