"Toral çox bəyəndiyim cinah müdafiəçisidi, transfer siyahımızda ilk sırada qərarlaşan oyunçulardandı" - Bülənt Uyğun

Türkiyə Super Liqasında başa çatan mövsümü 7-ci pillədə başa vuran "Sivasspor" "Qarabağ"ın və millimizin futbolçusu Toral Bayramovun xidmətində maraqlıdı

Presssport.az xəbər verir ki, bu barədə Sivas klubunun baş məşqçisi Bülənt Uygun açıqlama verib. 

“CBC Sport”da yayımlanan "Türkiyədən futbol" verilişinə telefonla bağlanan təcrübəli mütəxəssis Toralın çox bəyəndiyi cinah müdafiəçisi olduğunu vurğulayıb: “Transfer siyahımızda ilk sırada qərarlaşan oyunçulardandır. Rəhbərliyə bu barədə məlumat da vermişəm. İnşallah, məbləğdə razılaşılarsa, futbolçu da gəlmək istəyərsə, çox sevinərik. Alternativli mövqelərdə oynaya bilən profildi”.

Xatırladaq ki, 23 yaşlı Bayramov bunadək "Qalatasaray" maraq dairəsində olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC