Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Presssport.az xəbər verir ki, yarımfinalda "Azəryol" "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, finalda "Bakı" və “Azəryol” qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC