"Qəbələ" U-14-ü 1/4 finalda

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Presssport.az xəbər verir ki,  “Sabah”ı qəbul edən U-17 meydanı xalsız tərk edib – 1:2. 35 matçda 60 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidi.

U-16 səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub. 32 oyunda 45 xal toplayan qəbələlilər 8-ci yerdə qərarlaşıb. 

U-15 pley-offun “Sumqayıt”la cavab görüşündə 1:2 hesabı ilə məğlub olub.

U-14 1/8 finalın cavab oyununda “Azart”ı 2 cavabsız qolla üstələyərək, 1/4 finala yüksəlib. 

U-13 1/8 finalın cavab matçında “Vətən”lə heç-heçə edib – 1:1.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC