İlk transfer "Araz-Naxçıvan"dan, rekordçu sabiq baş məşqçisinin yanına gəldi

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Urfan Abbasovla anlaşıb. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir. 

Karyerası ərzində “Qəbələ” və “Səbail”in formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub. Ürfan Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altında “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”da oyun sayına görə rekordçudu.

Onu da bildirək ki, bu, keçən çempionat bitəndən sonra ilk rəsmi transferdi.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC