İlk dəfə avrokubokda finala çıxdı, Konfrans Liqasını qazandı

Konfrans Liqasının qalibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klublarının üz-üzə gəldiyi final matçında birincilər minimal hesablı qələbə qazanıb.

Afinadakı "AEK Arena"da baş tutan matçın əsas vaxtı 0:0 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. 116-cı dəqiqədə florensiyalıların qapısına yol tapan El Kaabi "Olimpiakos"un qələbə topunun müəllifi olub.

Bununla da Pirey təmsilçisi tarixində ilk dəfə yüksəldiyi avrokubok finalında Konfrans Liqasının qalibi adını qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC