Firdovsi Umudov yubilyarı təbrik etdi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov əməkdar məşqçi Şəmsi Səfərli ilə görüşüb. Presssport.az xəbər verir ki, federasiya rəsmisi 55 illik yubileyi ilə əlaqədar tanınmış mütəxəssisi federasiyanın adından təbrik edib. Səfərli ilə səmimi söhbət olub, tələbələrinin nailiyyətləri vurğulanıb, idmanımızın inkişafına verdiyi töhfə üçün təşəkkür bildirilib, gələcək fəaliyyətində uğurlar arzulanıb. Yubilyara federasiyanın Fəxri fərmanı təqdim edilib, hədiyyə təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC