Bəhruz Nəbiyev: "10 komandalıq yerimiz vardı, növbəti dünya çempionatlarında say bundan 2 dəfə artıq olacaq"

“İlk dəfə Azərbaycanda yaradılan Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında birinci rəsmi yarışda toplaşmaq sevindiricidi. Bakıda təşkil olunan dünya çempionatında 3 qitəni təmsil edən yığmalar iştirak edir. Bu, millilər arasında debütantlar da var”.

Presssport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının (BÇF) prezidenti Bəhruz Nəbiyev bu gün Bakıda start götürən dünya çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurumun növbədənkənar Baş Assambleyasının keçirildiyini diqqətə çatdıran Nəbiyev burada bir sıra vacib qərarların təsdiq olunduğunu söyləyib: "İclasda bir sıra məsələlər müzakirə olundu. İlk olaraq üzvlüyə yeni ölkələr qəbul olundu və bununla da federasiyaya üzv ölkələrin sayı artırıldı. Bu o deməkdir ki, artıq böyük bir ailəyik. Assambleyada qərar verildi ki, dünya çempionatı iki ildən bir keçirilsin. Qitə çempionatları isə tək illərdə, 2025-ci və 2027-ci illərdə və s. təşkil olunacaq. Yəni, çövkən üzrə dünya çempionatları sonluğu cüt, qitəmiqyaslı yarışlar isə tək rəqəmlə bitən illərdə keçiriləcək.Həmçinin bu gün iclasda əsas məsələlərdən biri də beynəlxalq çövkən qaydalarının qəbul olunması idi. Artıq federasiyaya üzv olan bütün ölkələr tərəfindən qəbul olunmuş qaydalar var ki, bunlar yalnız Azərbaycanda keçirilən turnirlərə şamil olunurdu. Bununla yanaşı, dünya çempionatında iştirak edəcək ölkələrin sayını artırmaq üçün də işlər görüləcək".

Qurum rəhbəri Binə Atçılıq Mərkəzindəki dünya çempionatında yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Ötən il Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə belə bir yarış baş tutmuşdu. Bu dəfə isə Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında keçirilən ilk dünya çempionatına şahidlik edirik. Sıralarımızın daha da genişləndirilməsi üçün çalışırıq”.

Prezidentin sözlərinə görə, 19 üzvü olan BÇF üçün 10 komandanın iştirakı yaxşı göstəricidir: “Komandaların və üzvlərin artırılması ilə bağlı ciddi iş aparırıq. Gələcəkdə bu yarışda işitirak edəcək ölkələrin sayı bir qədər də artacaq. Düşünürəm ki, növbəti dünya çempionatlarında bundan iki dəfə artıq komanda iştirak edəcək. Mundialda atlar Azərbaycan tərəfindən verilir və bu səbəbdən 10 komandalıq yerimiz var idi. Təxminən isə 15-ə yaxın ölkədən sifarişlərimiz var idi. Növbəti çempionatda onların da iştirakını nəzərə alacağıq”.
 

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC