"Tag-rugby" üzrə I Məktəb Liqasının açılış mərasimi keçirilib - açılış oyunu da baş tutub

Bu gün Avropa Azərbaycan Məktəbinin (EAS) idman zalında "Tag-rugby" üzrə I Məktəb Liqasının açılış mərasimi keçirilib. 

Presssport.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əliyev, Gürcüstanın Azərbaycandakı səfirliyinin, Milli Paralimpiya Komitəsinin və digər qurumların nümayəndələri iştirak edib. 

Mərasimdən sonra yarışın açılış oyunu baş tutub. EAS reqbiçiləri Xəzər Universiteti Dünya Məktəbinin kolləktivini qəbul edib. Olduqca maraqlı və gərgin mübarizədə kecən qarşılaşma 4:5 hesabı ilə qonaq komandanın qələbəsi ilə nəticələnib. 

Birinci turun qalan iki qarşılaşması oktyabrın 4-ü baş tutacaq. Sumqayıt 10 nömrəli məktəbin komandası öz meydanında Sumqayıt 29 nömrəli məktəbin reqbiçilərini qəbul edəcək. Şamaxı rayonu Sabir qəsəbəsinin orta məktəb komandası isə eyni gündə Qobustanın 1 nömrəli məktəbindən olan rəqiblərini qəbul edəcək. 

Onu da bildirək ki, yarış dairəvi sitem üzrə keçirilir və yekunda ilk 4 pilləni tutan komandalar 1/2 final çütlərini müəyyən edəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC