"Şamaxı" 5 ulduzlu otellə əməkdaşlığa başladı

“Şamaxı” Futbol Klubu Böyük Qafqaz dağlarının və Şamaxı təbiətinin qoynunda yerləşməklə ölkədə tanınmış istirahət mərkəzi olan 5 ulduzlu “Shamakhi Palace Sharadil” oteli ilə yeni bir əməkdaşlığa başlayır.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməkdaşlığın şərtlərinə əsasən, əsas komanda “Shamakhi Palace Sharadil” otelində məskunlaşacaq, gündəlik olaraq keyfiyyətli qidalanma ilə təmin olunacaq, otelin konfrans zalı, hovuz, spa, fitnes və digər xidmətlərindən istifadə edəcək.

Onu da bildirək ki, "Şamaxı"nın 2022-ci ilin iyun ayından etibarən məskunlaşdığı “Şirvan” Otel yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC