"Neftçi"nin yay transferi ümidini itirmir: "Nəticələr yaxşı deyil və azarkeşlərlə yanaşı, biz də xoşbəxt deyilik"

"Neftçi” Premyer Liqada 7 turdan sonra qələbə qazanmayıb və bu, klub tarixinin ən pis göstəricisidir. 

Presssport.az xəbər verir ki, ”ağ-qaralar”ın uğursuzluğu fonunda ciddi narazılıq var.

“Neftçi”yə bu yay qoşulan Robert Bauer açıqlamasında uğursuz çıxışla bağlı fikirlərini bölüşdü:

“Mövsüm çətin başladı. Yeni oyunçular və məşqçi var. Bir-birimizə uyğunlaşmalıyıq və bunun üçün də zaman lazımdır. Hamımız birlikdə çox məşq edə bilməmişik və buna görə problemlər yaşanır”.

Alman müdafiəçi tezliklə qələbə qazanacaqlarına ümid etdiyini söylədi:

“İstəyimiz yaxşı nəticələrlə komandanı layiq olduğu yerə qaldırmaqdır. Bunun üçün də hər gün məşqlərdə çox çalışırıq. Nəticələr yaxşı deyil və azarkeşlərlə yanaşı, biz də xoşbəxt deyilik. Amma ümid edirəm ki, tezliklə qələbələrlə onları sevindirə biləcəyik”.

Azərbaycan futbolunu bəyəndiyini deyən Bauer hədəflərindən söz açdı:

“Azərbaycan futbolunu bəyənirəm. Çempionatın səviyyəsi yaxşıdır və maraqlı liqadır. Hədəfimiz ən yüksək yerlərdir. Oyundan-oyuna düşünüb, qələbələr qazanmalıyıq” (futbolpress.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC