"Əlimizdən gələni edəcəyik ki, ilk dünya çempionatının qalibi olaq, çünki Azərbaycana yalnız qələbə yaraşır" - millimizin kapitanı

“Qələbə qazanacağımıza inanırdıq. Böyükhesablı qələbə gözləmirdik. Amma qalib gələcəyimizə ümid edirdik".

Presssport.az xəbər verir ki, bunu çövkən üzrə Azərbaycan millisinin kapitanı Elçin Camallı deyib.

O, Bakıda keçirilən dünya çempionatının ilk matçında Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən, yarışa yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib: “Azarkeşlərin dəstəyi də bizə ruh yüksəkliyi verirdi. Ev sahibiyik, atmosfer də çox gözəl idi. İnsana ruh yüksəkliyi verir. Bu, ilk rəsmi dünya çempionatıdır. Fərqli qitələrdən komandalar var. İlk gündən artıq çempionatın maraqlı keçəcəyi bəlli oldu. Mundiala bütün komandalar hazırlıqlı gəlib. Əlimizdən gələni edəcəyik ki, ilk dünya çempionatının qalibi olaq. Çünki Azərbaycan qalib xalqdır və bizə yalnız qələbə yaraşır".

Camallı müəyyən komandaların oyunçularını beynəlxalq yarışlardan şəxsən tanıyıram. tanıdığını vurğulayıb: “Aralarında güclüləri var. Mərakeş, Almaniya, Polşa kollektivlərini nümunə göstərə bilərəm. Layiq olan qalib gəlsin. Bəziləri çövkəndə yeni olduqları üçün bizdən dəstək istəyiblər. Həmin komandalarda bir nəfər azərbaycanlı idmançı iştirak edir. Amma bu, davam edən yarışa aiddir. Küveytdə azərbaycanlı idmançı var. O, bizim yığmada olmayan idmançıdı”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC