"Qazaxıstanla 2 il əvvəl olduğu kimi, eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik" - Emin Mahmudov

“Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illərdə inkişaf ediblər".

Presssport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi 2022-ci ildə UEFA Millətlər Liqasında 3:0 hesabıyla məğlub etdikləri bu rəqibi yenə məğlub etməyə iddialı olduqlarını gizlətməyib: "İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın formasında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC