Liderdən geridönüş

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Presssport.az xəbər verir ki, bu gün 10-cu turun və ikinci dövrənin son matçında “Abşeron” və “Azərreyl” görüşüb.

Qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “Azərreyl” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib (2:2) və tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə daha dəqiq oynayan “Azərreyl” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə Challenge sistemi tətbiq olunub.
Beləliklə, “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) “Abşeron” 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa (qadınlar)

25 yanvar

“Abşeron” - “Azərreyl” 2:3 (25:21, 25:17, 18:25, 21:25, 12:15)

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC