Stolüstü tennisçilərimiz Kazanda beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana yollanıb

Azərbaycan Stolüstü Tennis Federasiyasından Presssport.az verilən məlumata görə, iyunun 11-dən 24-dək “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Kazandakı yarışda Azərbaycanı 11 idman növündə 97 idmançı təmsil edəcək. Onlardan 8-i stolüstü tennisçidi. Məşqçilər Mixail Timofeyev və Ramil Cəfərovun rəhbərliyi altında Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start götürəcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC