"Tablodakı hesab meydandakı oyuna uyğun deyildi" - Sərxan Hacıyev

“Məlum olduğu kimi, hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımı şərait yaratdıq".

Presssport.az xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Sərxan Hacıyev Avstriyada keçirdiyi brifinqdə deyib.

O, millimizin 1:3 hesabıyla uduzduğu Albaniyayla matçda yaxşı təsir bağışladığını deyib: “Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, yadda qalan nəticədi. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz anlayırıq ki, burda əsas olan nəticə yox, hazırlıqdı” (sportal.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC