"Turan Tovuz"un kapitanı da sıradan çıxdı

“Turan Tovuz”da zədəli futbolçular sırasına daha biri qoşulub. Bu haqda Presssport.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov kapitan Kamal Bayramovun da belə probleminin yarandığını söyləyib: “Kamal zədəlidi. Yəqin, ”Səbail"lə qarşıdakı oyunu buraxacaq".

Abbasov bu il ilk matçlarında zədəli futbolçularının son durumu haqda soruşduq: “Fərid Nəbiyevlə Xəyal Nəcəfovun durumları eynidi. Oyunöncəsi bir az məşq ediblər, oyun günü baxaq görək necə olurlar. Şəhiyar Əliyev də zədədən gəlmişdi, tam hazır olmadığından Qəbələdə oynatmadıq. Onun vəziyyətinə də matç günü baxacağıq”.

Xatırladaq ki, Bayramovun 90 dəqiqə qapını qoruduğu "Kəpəz"lə Qəbələdəki matçda tovuzlular 1:2 hesabıyla yenilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC