Millimizin baş məşqçisi ilə bağlı yaxın zamanda açıqlama veriləcək - Vayss Azərbaycanda olmayıb

“Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orda baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək ki, yeni baş məşqçinin qərşısına hansı tələblər qoyulacaq”.

Presssport.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Avstriyada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, reallıqlar olsa da, məqsəd hər zaman 1-ci yer uğrunda oynamaqdı: “Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdi”.

Məlumdu ki, millimizin baş məşqçisi əsas namizəd slovakiyalı Vladimir Vays sayılırdı. O, Bakıya gəlmişdi? Gəlmişdisə, onunla niyə anlaşma əldə olunmadı? Hacıyevi dinləyək: “Adlarla bağlı detallı açıqlama vermək istəməzdik. Çünki konfidensiallıq məsələləri var. Amma təsdiq edə bilərəm ki, Vladimir Vays Azərbaycanda olmayıb. Yeni baş məşqçi ilə imzalanacaq müqavilənin müddəti konfidensiallığa aid məsələdi. Yaxın günlərdə detallı şəkildə hər şey qeyd olunacaq. Baş məşqçi ilə bağlı istənilən məsələni hazırda gizli saxlamalıyıq” (sportal.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC