Yeni mövsümdə klublarımıza dövlət tərəfindən ayrılan pulun məbləği artacaq? - AFFA açıqladı

2024/25 mövsümündə dövlət tərəfindən Misli Premyer Liqasında çıxış edəcəj klublara ayrılacaq məbləğ müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu haqda jurnalistlərə AFFA-nın AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, məbləğin 4 milyon manat olacağı ilə bağlı yazılanlar həqiqəti əks etdirmir: "Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur".

Beləliklə, 10 klubun hər birinə ötən mövsümdə olduğu kimi, 3 milyon manat ayrılacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC