Milllimizin futbolçularının imzalı formaları satışda - 4 yaşlı Ahunun əməliyyatına dəstək kampaniyası üçün

4 yaşlı Ahu Səlimlinin əməliyyatı ilə bağlı #AhuyaDestekOl dəstək kampaniyasına futbol üzrə milli komandanın üzvləri də qoşulub.

Presssport.az xəbər verir ki, 5 futbolçunun Macarıstanda keçirilən Albaniya-Azərbaycan qarşılaşmasında olan imzalı formalarını satışa çıxarılıb. 

Bunlar kapitan Emin Mahmudov, Şahruddin Məhəmmədliyev, Rza Cəfərov, Anton Krivotsyuk və Emin Mustafayevdi.  

@ahu_salimli_destek səhifəsinə daxil olaraq, siz də istədiyiniz forma üçün qiyməti yaza bilərsiniz. Auksion 3 gün davam edəcək.

Onu da bildirək ki, Ahu təcili şəkildə Türkiyədə iki həftə ərzində iki dəfə əməliyyat olunmalıdı. Əməliyyatın qiyməti 60 min ABŞ dollarıdı. Məbləğ böyük olduğu üçün sosial şəbəkə üzərindən dəstək kampaniyası başlanılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC