UEFA-nın D kateqoriyalı məşqçi kurslarına start verilib - Qubada

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

Presssport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan kursa 20 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.

İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri barədə məlumat verilib.

Kurs 3 gün davam edəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC