Diniyev itkilər, Tovuz məşq etməyi lazım biməmələri haqda: "Bunlar bizi bir az çaşdırır, məni çox təəccübləndirən odur ki..."

“Altı futbolçumuz zədəlidi - Ağabala Ramazanov, David Qomis, Cabir Əmirli, Süleyman Əhmədov, Səlahət Ağayev, Nir Bardea. Bura 4-cü sarı vərəqyə görə cəzalı olan Yadin Luqasini da əlavə etsək, Tovuzdakı matçda 7 futbolçumun xidmətindən yararlana bilməyəcəm”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. 

Premyer Liqanın XX turunda bu gün “Turan Tovuz”un qonağı olacaq “dənizçilər”də heyətlə bağlı problemlər bitmir. Diniyev qapıçı Səlahət Ağayevlə israilli mərkəz müdafiəçisi Nir Bardeanın hələ Antalyadan zədəli gəldiklərini vurğulayıb: “Bunlar əzələ dartmalarıdı. Onların da sağalması üçün zaman lazımdı. Bardea artıq ümumi məşqlərə başlayıb. Sadəcə, məşqlərə bir gündü başladığından onu səfərə gətirməmişik. Səlahət isə hələ məşqlərə start verməyib. Düşünürəm ki, Bakıya qayıdandan sonra həkimlərin rəyilə hazırlığa başlayacaq. Bu, individual da ola bilər, komandayla da. Yəqin, 2-3 gün fərdi çalışandan sonra qrup halında çalışmalara qoşulacaq”.

Təcrübəli çalışdırıcı hələ ikinci dövrədə zədələnərək Türkiyədə əməliyyat olunan sağ cinah müdafiəçiləri - Cabir Əmirliylə Süleyman Əhmədovun yaşıl meydana qayıdışı tarixləri haqda da söz açıb: “Cabir artıq fevralda 90 dəqiqə də olmasa, hansısa dəqiqələrdə kömək etmək gücündədi. Oyun praktikası yoxdu deyə hələ ondan tam yararlana bilməyəcəyik. Süleyman isə bizimlə artıq fərdi məşqlərə qoşuldu. O. yüngül qaçışlarla başladı. Bakıya qayıtdığımızdan sonra hardasa bir həftə individidual məşql edəcək. Ola bilsin ki, bundan 2 həftə sonra komanda hazırlığına qoşuldu”.

Məlumdu ki, “Səbail" Antalyadan qayıdandan sonra qış transferlərini reallaşdırdı. Maraqlıdı, onların debütləri ”Turan Tovuz"la bugünkü səfər matçında baş tutacaq?: “Bizimlə Antalyada olsaydılar, əlimdə daha yaxşı, dəqiq məlumat olardı - həm oyun sisteminə ”oturmaları", həm də ümumi vəziyyətləri haqda. Ancaq məşqlərdə hər gün daha yaxşı olurlar. Belə deyək, Madi Queta bura gələnədək klubunda son günədək məşq edib oynayırdısa, Ayub Timbe Masikada vəziyyət bir az fərqlidi. Çünki son dəfə noyabrın axırında Keniya millisiylə oyuna çıxıb. Çində çempionat bir az tez qurtarır, bundan sonra qayıdıb öz yığmasında çıxış edib. Ardından isə fərdi məşq edib, məşqsiz qalmayıb. Bugünkü məşqlər də göstərir ki, pis durumda deyil, vəziyyəti çox qənaətbəxşdi. Ancaq belə futbolçuları birdən-birə “döyüşə atmaq" olmur. Həm də bizim oyunların hamısı çətin olduğuna görə, həm yeni çempionata, komandanın sisteminə, həm də özləri bir az adaptasiya olsunlar deyə hələ ki gözləyirik. Lakin hansısa dəqiqələr oynamaq gücündədirlər". 

“Səbail” Tovuzda oyunöncəsi məşq etməyi lazım bilməyib. Diniyev buna aydınlıq gətirib: “Səhər öz bazamızda məşq edib, sonra nahar edərək çıxıb bura gəldik. Onsuz da hər ikisi eyni qazondu - sintetik örtüklüdü. Həm də yorgun gəlib hansısa şəkildə məşq edəcəyik… Bundansa səhər məşq edib, bazada yuyunub, yemək yeyib yola çıxmaq daha rahat olardı. Əslində, Şəmkirdə qalırıq. Burda da qar yoxdu, olub, əriyib. Şəmkirdən də Tovuza 20 dəqiqəlik yoldu. İnanmıram ki, Tovuzda o qədər qar olar”.

58 yaşlı mütəxəssis həm oyun sistemlərini məcburi dəyişməli olmalarına və Tovuzdakı çətin sınaq sınaqdan gözləntilərinə də toxunub: “Real baxsaq, zədəlilərimizin hamısı həqiqətən əsas heyətin oyunçuları olub. Yəni, mövsümə onlarla başlamışıq. Birdən-birə komandanın bu qədər dəyişməsi, bu fonda formada qalması, “Zirə”ylə də pis futbol oynamadıq - belə olması əlbəttə, bizi bir az çaşdırır. Lakin belə deyək, heyfislənmək lazım deyil. Vəziyyət belədi, belə də qəbul etmək lazımdı. Komandada bu qədər zədəli futbolçunun olmasına görə ümumiyyətlə, sistemimizi dəyişdik. Bilirsiniz, ki, 3 mərkəz müdafiəçisiylə oynamağa başladıq. Bu, o demək deyil ki, yeni sistem açdıq. Yox, sadəcə, əlimizdəki ”materail"a uyğun heyət qurmaq istədik. Heyət də ancaq belə alınır. Kənar yarımmüdafiəçilərin yoxdursa, avtomatik olaraq başqa cür oynamalısan. Bu sarıdan sistemi dəyişdik. Məni çox təəccübləndirən odur ki, ilk dəfə bu sistemdə oynamağımıza baxmayaraq, futbolçular bunu icra etməyi bildilər. Çətin oyun olacaq. Məncə, ”Turan Tovuz" 10 nəfərlə qalmasaydı, çətin məğlub olardı "Kəpəz"ə. Gəncəlilərin də qələbəsini aşağılamaq istəmirəm. Sadəcə, tovuzlular “oturuşmuş”, taktikası, sistemi olan bir komandadı. Həm də evdə oynayır, artıq itirəcək bir şeyi yoxdu. Buna görə həm bizi, həm də onları çətin oyun gözləyir".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC