Ayxan Abbasovun "Şamaxı"yla müqaviləyə imza atması qalıb - köməkçilərini də açıqladı

“Turan Tovuz”la mövsüm bitəndən sonra yolları ayrılan Ayxan Abbasovun bu həftə “Şamaxı”ya baş məşqçi təyinatı reallaşacaq.

Bu haqda Presssport.az-a danışan 43 yaşlı PRO kateqoriyaalı mütəxəssis qarşıdakı günlərdə rəsmi müqavilə imzalayacağını açıqlayıb: “Artıq danışıqlar yekunlaşıb. Klubla bütün məsələləri razılaşdırmışıq. Bircə qalıb sözləşməyə imza atmaqla məsələni rəsmiləşdirmək. Bunu da sabah-birigün həyata keçirəcəyik. Müqavilənin müddəti 1 illik olacaq”.

Abbasov yeni klubunda məşqçilər korpusunun da bəlli olduğunu diqqətimizə çatdırıb: "Bunlar “Turan Tovuz”dakı korpusumdu - neçə ildi mənimlə birgə çalışan əsas köməkçim Elnur Codarov, habelə Xəyal Qarayev, qapçılarla işləyən Kamil Qafarov və analitik Ceyhun Rzayev".

Bu yerdə bildirək ki, Qarayev Abbasovun Tovuza gətirmədiyi, yerli məşqçi olsa da, o da doğma rayonun təmsilçisində qalası olmayıb. Abbasovun keçən mövsümün gedişində dəvət etdiyi Rzayev isə bunadək məhz “Şamaxı”da işləyərək sabiq baş məşqçi Vüqar Əsgərlinin köməkçisi olub.

Xatırladaq ki, I Liqada çempion olaraq 1 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Şamaxı” bunu gerçəkləşdirən baş məşqçi Ramiz Məmmədovla əməkdaşlığa son qoyaraq, onun klubun İdarə Heyətinin sədrinin müavini vəzifəsində fəaliyyət göstərməsini daha məqsədəuyğun sayıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC