“Qurban Qurbanov öz istəyi ilə iclasa qatılmadı”

“İşçi qrupu ilə müzakirələr aparıldı, onların da fikri nəzərə alındı. Konkret olaraq hər şeyi açıqlaya bilmərik. Yalnız onu deyim ki, bu seçimdə hər kəsin mövqeyi nəzərə alınıb”. 

Presssport.az xəbər verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə seçimlə bağlı danışarkən deyib. 

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun üzvü olduğu AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən iclasına qatılmamasına da münasibət bildirərək, təcrübəli mütəxəssisin öz xahişi ilə toplantıda iştirak etmədiyini diqqətə çatdırıb: “İclasda yalnız bir məsələ - milli komandamızın baş məşqçi məsələsi müzakirə olunacaqdı. Qurban Qurbanov daha əvvəl milli komandamızın baş məşqçisi olub. Məhz bu həssaslığını nəzərə alaraq, öz xahişi ilə iclasa qatılmadı. Biz də Qurban müəllimin istəyi ilə razılaşdıq”.

Xatırladaq ki, İK-nın onlayn formatında iclasında tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş millimizin yeni baş məşqçisi təyin olunub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC