Güləşçilərimiz Varşavada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan sərbəst güləşçiləri iyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Presssport.az verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseni Djioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) təmsil edəcək.

Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. 

Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.

 


  •  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC