Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək

Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə 18 yaşdan yuxarı qadınlar və kişilər üçün hakimlik kursları keçiriləcək.

Presssport.az ABF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, kurslar 2 ərzində baş tutacaq.

Bu müddətdə həftədə 2 gün, axşam saatlarında "Zoom" vasitəsilə nəzəri, ayda 2 dəfə isə idman zalında praktiki dərslərin keçirilməsi nəzərdə tutulur. 

Dərslər Azərbaycan, rus və ingilis dillərində tədris ediləcək. Kursu uğurla tamamlayan şəxslər sertifikat alacaq.

Onu da bildirək ki, dərslərdə iştirak ödənişsiz olacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC