AVRO-2024-ün oyunlarını "CBC Sport" da canlı yayımlayacaq: "İki şərhçimiz artıq Almaniyadadı"

Bu gün Almaniyada startı götürəcək AVRO-2024-ə Azərbaycanın 2 telekanalında baxa biləcəyik.

Presssport.az xəbər verir ki, turnirin yayım hüququ İTV-yə məxsus olsa da, qitə çempionatına “CBC Sport”la da seyr etmək mümkün olacaq.

Bu haqda saytımız aadıçəkilən telekanalın baş redaktoru Şəmsəddin Abbasov danışaraq, şərhçilərimiz Rüstəm Əfsərli və Nurlan Valehoğlu artıq Almaniyada olduğunu diqqətimizə çatdırıb: “Onu da qeyd edim ki, dünəndən etibarən ”Almaniya gündəliyi" verilişi efirə gedir. Şərhçilərimiz ordan canlı bağlantı edərək, ən son durumu çatdırır. Avropa çempionatı ərzində oyundan əvvəl və sonra bu verilişlə 1 ay tamaşaçıların qarşısında olacağıq. Orda iştirak edən mütəxəssislər, “CBC Sport”un əməkdaşları, şərhçilər ən son məlumatları çatdıracaq. Həmin veriliş çərçivəsində Almaniyayla tez-tez canlı bağlantılarımız da olacaq. Çəkiliş qrupumuz oradakı ən son durum və ab-havanı bizə çatdıracaq. Üstəlik, İTV ilə danışıqlarımızın yekununa əsasən qrup mərhələsinin son oyunları - hansılar ki eyni vaxtda başlayacaq - “CBC Sport”la canlı yayımlanacaq".

Xatırladaq ki, final mərhələsi iyunun 14-dən iyulun 14-nə qədər Almaniyanın 10 şəhərində keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC