İtaliya millisində itki - "Yuventus"lu AVRO-2024-ün ilk matçını buraxacaq

İtaliya millisinin futbolçisi Nikolo Faqioli AVRO-2024-dəki ilk oyununu buraxacaq.

Presssport.az xəbər verir ki, “Yuventus”un 23 yaşlı mərkəz yarımmüdafiəçisi Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə zədələndiyi üçün qrupun ilk turu olan Albaniya ilə görüşdə iştirak etməyəcək.

Faqioli bir neçə məşqi buraxıb və cümə axşamı millinin ümumi məşqlərinə qayıdıb. Lakin futbolçu diskomfort hiss etdiyindən, məşqçilər korpusu ona istirahət vermək qərarına gəlib.

Xatırladaq ki, İtaliya - Albaniya oyunu iyunun 15-də Dortmundda Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC