Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik olub

Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixində dəyişiklik olub.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 25-28-də təşkili nəzərdə tutulan çempionat 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışda iştirakı səbəbindən təxirə salınıb.

Dəyişikliyə əsasən, ölkə birinciliyi 16-19 iyul tarixində təşkil olunacaq.

Onu da bildirək ki, yarış üçün qeydiyyat iyunun 30-dək davam edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC