Ayxan Abbasovun "Şamaxı"da köməkçiləri açıqlandı - qardaşlar bir araya gəldi

“Şamaxı”da yeni baş məşqçi Ayxan Abbasovun köməkçiləri bəlli olub.

Presssport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssisə Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayav, Vüsal Qarayev və qapıçılarla işləyən Kamil Qafarov yardımçı olacaq.

Adıçəkilən məşqçilərdən V.Qarayev çıxmaq şəritilə digərləri Abbasovla “Turan Tovuz”da birgə çalışıb. V.Qarayev isə bunadək U-21 yığmamızda məşqçi idi və X. Qarayevin kiçik qardaşıdı.

Xatırladaq ki, "Şamaxı" 43 yaşlı Abbasovla 1 illik müqavilə imzalayıb və köməkçiləriylə anlaşma həmin müddətə nəzərdə tutulub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC