Bu dəfə 5:0 yox, 7:0 - millimiz Bakıdakı dünya çempionatında finalına çıxdı

Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.

Presssport.az xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistan yığmasıyla qarşılaşan millimiz bu dəfə 7:0 hesabıyla qalib gəlib.

Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən yığmamız finala çıxıb. Azərbaycan həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeşlə qarşılaşacaq.

A və B qrupunda 2-ci yeri tutan Özbəkistan və Nigeriya yığması 3-cü yer uğrunda qarşılaşacaq. Hər iki oyun iyunun 16-da keçiriləcək.

Xatırladaq ki, millimiz qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC