"Qarabağ" Musa Qurbanlını qaytardı

Növbəti mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Qarabağ" sabiq futbolçusu Musa Qurbanlının keçidini həll edib.

Presssport.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçu son 1 ili keçirdiyi İsveçin “Yurqorden” klubundan Ağdam təmsilçisinə dönüb. 

Musa bu ölkədə yeni mövsüm başlayanda Stokholm klubunda çox az meydanda olmuş, daha çox isə adı protokola daxil edilməyərək U-21 komandasında oynamaq şans qazanmışdı.

Xatırladaq ki, Çempionlar Liqasında təmsilçisi olacaq "Qarabağ" daha əvvəl xorvatiyalı qapıçı Fabiyan Buntiçi transfer edib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC