Bakıda avarçəkmə məşqlərinin vaxtları

Avarçəkmə idman növünün təbliği, təşviqi, kütləviliyin artırılması və inkişafı yönündə xidmət göstərən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Bakıda mütəmadi avarçəkmə məşqləri keçirir. Presssport.az xəbər verir ki, məşqlər həftənin bütün günləri təşkil edilir. Paytaxtda avarçəkmə məşqləri Bulvar ərazisində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının inzibati binasının yaxlınlığında Xəzər dənizində keçirilir. Məkan Suraxanı Gəmi Muzeyi və Su İdman Sarayına da yaxın ərazidə yerləşir. Məşqlər beynəlxalq dərəcəli, əməkdar məşqçi Samir Məmmədov, respublika dərəcəli, əməkdar məşqçi İlham Qafarov, birinci dərəcəli məşqçi Larisa Axundova və beynəlxalq sertifikatlı Viktor Ozerov tərəfindən aparılır. Məşq saatları bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri saat 15:30-dan 18:00-a qədər. Bazar günü isə səhər 9:30-dan 13:00-a qədər keçirilir. Qeyd edək ki, məşqlər uşaq və yeniyetmələr üçün ödənişsizdir. BAZAR ERTƏSİ 15:30-18:00 ÇƏRŞƏNBƏ AXŞAMI 15:30–18:00 ÇƏRŞƏNBƏ 15:30 – 18:00 CÜMƏ AXŞAMI 15:30 – 18:00 CÜMƏ 15:30 – 18:00 ŞƏNBƏ 15:30 – 18:00 BAZAR 09:30 – 13:00

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC