Musa Qurbanlı yenidən “Qarabağ”da - RƏSMİ

"Qarabağ" yeni mövsüm üçün 2-ci transferini reallaşdırıb.

Presssport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Klubla 22 yaşlı forvard arasında 3 illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-20-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib. Ağdamlıların yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC