3x3 basketbol millimiz “Clermont-Ferrand” mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsinə qələbə ilə start verib.

Presssport.az xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə Filippin yığması ilə qarşılaşıb və rəqibinə 22:17 hesabı ilə qalib gəlib.

Komandamızın qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:50-də başlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC