Açılış matçında darmadağın - bütün qolları almanlar vurdu

Bu gün Almaniyada AVRO-2024-ə start verilib.

Presssport.az xəbər verir ki, turnirin açılış matçında ev sahibi Almaniya Şotlandiyayla üz-üzə gəlib.

Münhendə "Allianz Arena"da keçirilən, fransalı Kleman Türpenin idarə etdiyi görüşdə Bundestim qələbəni darmadağınla qazanıb. Özü də bütün qolları almanlar vurub.

Onu da nəzərə alaq ki, şotlandlar qırmızı vərəqə alan futbolçusuna görə bir hissə azlıqda oynamalı olub. 

Bu qrupun digər görüşü - Macarıstan - İsveçrə matçı iyunun 15-də keçiriləcək. 

AVRO-2024

A qrupu

23:00. Almaniya - Şotlandiya - 5:1 

Qollar: Florian Virtz, 10, Jamal Musiala, Kay Havertz, 45+1-pen, Niklas Füllkruq, 68(4:0), Emre Can, 90+3 - Antonio Rüdiqer, 87-öz qapısına

Qırmızı vərəqə: Rayan Porteous, 44 (birbaşa, Şotlandiya) 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC