Musa Qurbanlının "Yurqorden"ə vida sözləri: "Mənim üçün bu, yeni və xoş təcrübə oldu, çox şey öyrəndim"

Millimizin futbolçusu Musa Qurbanlı son 1 ildə çıxış etdiyi İsveçin “Yurqorde” klubuyla vidalaşıb.

Presssport.az xəbər verir ki, gənc hücumçu klubun rəsmi saytına vida sözlərini belə dilə gətirib: “Mənim üçün bu, yeni və xoş təcrübə oldu, bu müddət ərzində çox şey öyrəndim. “Yurqorden”də keçirdiyim vaxt mənə çoxlu yeni dostlar qazandırdı və gözəl insanlarla tanış oldum. Dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm. Komandanın böyük azarkeşləri qarşısında oynamaq şərəf idi. “Yurqorden”ə gəldiyim gündən bəri hər zaman əlimdən gələni etmişəm və arzu edirəm ki, hər şey mənim üçün daha yaxşı olsun. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, Musa döndüyü "Qarabağ"la 3 illik müqavilə imzalayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC