"Kəpəz"dən "Zirə"yə 2-ci transfer - RƏSMİ

"Zirə" növbəti transferi həyata keçirib.

Presssport.az xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı cinah yarımmüdafiəçisi Junior Martnişlə müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Kəpəz”də son 1,5 ili heyətində keçirən Juniorun transferi ilə bağlı “Zirə” ilə razılıq əldə edib. 

24 taşlı Martins paytaxt təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib. O, yeni klubunda “10 nömrə”li formaad çıxış edəcək. 

Junior karyerası ərzində ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında da çıxış edib. “Sambaçı” son mövsümdə çempionatda 32 matçda 8 qol vurub və 5 assist edib.

Xatırladaq ki, Avroliqada çıxış edəcək "Zirə" bunadək həmin “Kəpəz”dən müdafiəçi Elçin Əlicanovu, "Turan Tovuz"dan qapıçı Aydın Bayramovu trasfer edib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC