Nəbiyev Bakıda çox möhtəşəm dünya çempionatının keçirildiyini açqıladı: "Məni ən çox sevindirən..."

“Bu ilk rəsmi dünya çempionatı idi, 10 komanda iştirak edirdi. Bütün ölkələri təbrik edirəm”.

Presssport.az xəbər verir ki, bunu Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev Bakıda keçirilən dünya çempionatından sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın çox möhtəşəm təşkil olunduğunu deyib: “Məni ən çox sevindirən həm atların, həm də idmançıların çempionatı zədəsiz başa vurmasıdı. Çox möhtəşəm çempionat keçirildi. Komandalar çox gözəl, fərqli oyun göstərdi”.

Nəbiyev rəhbəri olduğu qurumun iyunun 10-da və 11-də növbədənkənar Baş Assambleyasının keçirildiyini diqqətə çatdırıb: “Assambleyada beynəlxalq çövkən qaydaları təsdiqini tapdı. Eyni zamanda, 2025-ci ildə qitə çempionatlarının keçirilməsi təsdiqləndi. Növbəti ildə Afrikada, Avropada, Cənubi Amerikada bu cür yarışların keçirilməsinin şahidi olacağıq. 2026-cı ildə ikinci dünya çempionatı baş tutacaq. Bundan 1 il əvvəlsə Avropa çempionatı Polşada keçiriləcək”.

Xatırladaq ki, iyunun 10-dan 16-na qədər Bakıda çövkən üzrə ilk rəsmi dünya çempionatı Binə Atçılıq Mərkəzində təşkil olunub və yarışın qalibi Azərbaycan millisi olub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC