AVRO-2024: İspaniyadan böyükhesablı, İtaliyadan əzmkar qələbə

Almaniyada təşkil edilən AVRO-2024-də bu gün I turun daha 3 oyunu keçirilib.

Presssport.az xəbər verir ki, 2-ci oyun günündə A və B qrupunun matçları oynanılıb.

A qrupunun digər görüşündə Macarıstan İsveçrə ilə qarşılaşaraq uduzub.

B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gəlib. Oyun ispanların böyükhesablı qələbəsi ilə başa çatıb.

B qrupununun daha bir matçında İtaliya və Albaniya milliləri görüşüb. Bu matç son Avropa çempionu italyanların əzmkar qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, turnirin açılış matçında ötən gün A qrupunda meydan sahibi Almaniya millisi Şotlandiya yığmasını 5:1 hesabı ilə məğlub edib.

15 iyun

A qrupu

17:00. Macarıstan - İsveçrə - 1:3

Qollar: Varqa, 66 - Duah, 12, Aebiçer, 45, Embolo, 90+3 
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln. “Reyn Enerqi” stadionu

14 iyun

Almaniya - Şotlandiya - 5:1

B qrupu

20:00. İspaniya - Xorvatiya- 3:0

Qollar: Morata, 29, Ruiz, 32, Karvahal, 45+2

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin. Olimpiya stadionu

23:00. İtaliya - Albaniya - 2:1

Qollar: Bastoni, 11, Barella, 16 - Bayrami, 1 

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund. "Siqnal İduna Park" stadionu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC