Mbappeni zədələdiyi üçün üzr istədi: "Çox təəssüflənirəm"

Avstriya millisinin futbolçusu Kevin Danso AVRO-2024-ün qrup mərhələsinin I turunda Fransa yığmasının hücumçusu Kilian Mbappeni zədələdiyi üçün üzr istəyib.

Presssport.az xəbər verir ki, Danso ilə toqquşmadan sonra Mbappenin burnu sınıb.

Kevin belə bir hadisənin baş verdiyinə görə təəssüfləndiyini söyləyib:

"Təəssüf ki, pis nəticə qazandıq. Bununla belə, komandamızla, azarkeşlərlə və öz oyunumla fəxr edirəm. İnanılmaz dəstək üçün hamınıza təşəkkür edirəm. 

Fransalı azarkeşlərə isə bunları demək istəyirəm ki, xoşagəlməz hadisəyə görə üzr istəyirəm. Mbappenin zədələnməyinə görə çox təəssüflənirəm. Ona tez sağalmağı arzulayıram. Ümid edirəm ki, Kilian tezliklə meydana qayıdacaq”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC