Şükürov 22 illik həsrəti bitirməyə çalışacaq: "Bu mövsümdə "Qarabağ"ı udmamaq kimi bir şey yoxdu"

“Papunaşvili bizim üçün əsas, vacib futbolçulardan biridi. Amma bu gün də çalışırıq ki, komanda bir nəfərdən asılı olmasın”. Bu sözləri Presssport.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

Onun sözlərinə görə, gürcü yarımmüdafiəçisi Georgi Papunaşvilinin "Qarabağ"la bugünkü Premyer Liqa matçında cəza üzündən yoxluğu komandaya ciddi təsir göstərməməlidi: “Futbol komanda oyunudu. Komandada hər kəs öz işini bilir. Fərqli fərqli oyunlardı hər biri”.

“Kəpəz” artıq 22 ildi “Qarabağ”a qalib gələ bilmir. Maraqlıdı, Şükürovun rəhbərliyi altında bu güclü rəqiblə ilk matçda bu uğursuz seriya qırılacaqmı?: “Sizə bir şeyim ki, 1999/00 mövsümündə ”Kəpəz" oynadığımda kubokun finalında "Qarabağ"ı 2:1 hesabıyla məğlub etmişdik. Bilirsiniz, statistika çox məlumat verir, amma hər şey deyil. Ümumən bu mövsümdə "Qarabağ"ı udmamaq kimi bir şey yoxdu. Təbii ki, rəqib güclü komandadı. Əsas çalışdığımız "Kəpəz"in tarixini qaytarmaqdı, başqa bir şey yox".

“Kəpəz” qış fasiləsindən sonra ilk 4 turda ev matçına çıxmalı olur. 47 yaşlı PRO kateqoriyalı mütəxəssisdən bunun nə dərəcədə üstünlük verməsi haqda da soruşduq: “Bu, bizə ona görə yaxşıdı li, təbii otda məşq edirik, təbii otda da oynayırıq. O cəhətdə bizim üçün çox böyük bir avantajdı. Ancaq digər tərəfdən, azarkeş baxımından bizim üçün bir az çətinlikdi. Çünki Gəncədə oynasaydıq, daha çox azarkeşimiz stadiona gələrdi. Bu da bizi çox sevindirirərdi”.

Xatırladaq ki, gəncəlilər bu il hələ ki rəqiblərini Qəbələdə qəbul edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC