"Liverpul" Xabi Alonsoyla danışıqlara başlayıb

“Qarabağ”la Avropa Liqasının qrup mərhələsində rəqib olmuş Bundesliqanın hazırkı lideri "Bayer"in baş məşqçisi Xabi Alonso iş yerini dəyişməyə yaxındı. Presssport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssisə "Liverpul"dan təklif gəlib.

Bu haqda Almaniyanın məşhur “Bild” nəşri məlumat yaylb.

Alonsonun mersisaydlıların baş məşqçi postuna əsas namizəd olduğu bildirilir.

Artıq İngiltərə klubunun rəhbərliyi Xabi ilə danışıqlara başlayıb. O, “Liverpul”a tanış simadı. Belə ki, Alonso vaxtilə “Liverpul”da oynayaraq Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, Yurgen Klopp mövsümün sonunda İngiltərə klubu ilə əməkdaşlığa son qoyacağı açıqlamışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC