Qurban Qurbanov: "Mənə görə qırmızı vərəqə vardı, amma qapıçılarımız mənimlə razılaşmadılar"

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Qarşımızda ciddi, intizamlı oyun göstərən rıqib var idi. Vacib geridönüş oldu. Belə qələbələr futbolçulara daha çox motivasiya verir. Hər iki komandanın azarkşelərinə təşəkkür edirəm.

- Oyunda nədən narazı qaldınız?

- Az epizodlar oldu ki, narazı qaldım. Səfərlər olur ki, öz oyununu istədiyin kimi sərgiləyə bilmirsən. Tovuz Qəbələ də bu səfərlərdəndir. Yenə də oyunçularım ciddi və diqqətli idilər.

- Buraxdığınız qolu necə şərh edırdiniz?

- Şərh olunacaq nəsə yoxudr. Qapıçı ilə Bəhlul toqquşdu. Əsas rəqibin oyunçusunun ustalığıdır. Belə qollar az hallarda olur. "Araz-Naxçıvan"la oyunda da belə qol buraxmışdıq. Rəqib oyunçusuna “bravo” düşür.

- Benzianın epizodunu necə dəyərləndirirsiniz? Sizcə, orada qırmızı vərəqə var idi və oyunçunun vəziyyəti necədir?

- Fikir bildirə bilərəm, amma hakimlərin qərarı olmalıdır. Oyun vaxtı VAR manitoruna göz gəzdirdim, düşündüm ki, “qırmızı”dır. Amma soyunub-geyinmə otağına gəldim, qapıçılarımız Andrey Lunyovla Amin Ramazanov dedi ki, orda qırmızı vərəqə yoxdur, qapıçı sadəcə topun qarşısını kəsmək istəyir. Onlara dedim “qırmızı”dır, amma onlar yenə də razılaşmadılar. Hakimin qərarıdır. İstəmərəm hansısa komanda azlıqda qalsın.

- Riçard Almeydanın yerdə qaldığı epizodda Marko Veşoviç etiraza qorə sarı vərəqə gördü. Bundan sonra Bədavi onunla çox aqressiv danışdı. Onu bu davranışına görə əvəzlədimiz?

- Yox, Bədaviyə heç nə olmaz. Qoy aqressiv danışmağı öyrənsin. Bu günə qədər danışmayıb. Planlaşdırmışdıq dəyişikliyi.

- Hələ yanvardı və 2-ci yerdən 17 xal qabaqdasınız. Bu durumda hazırlaşmaq komandaya necə təsir edir?

- Deməzdim təsir edir. Proqramım olduğu kimi davam edir. Məndən kənarda hər hansı futbolçuda arxayınlıq varsa, onu aradan qaldırmağa çalışacağıq. Oyunumuzu yaxşılaşdırmağa ehtiyacımız var. İnanmıram belə düşüncə ilə oyunlara çıxsınlar. 

- Aleksey İsayev "Braqa" ilə oyunlara qədər komandaya uyğunlaşacaq?

- Onun tələblərimizə uyğunlaşmağa çox da ehtiyacı yoxdur. Elə komandadan gəlib ki, orda da eyni şeyi tələb edirlər. Keçən dəfə də demişdim ki, daha aktiv olmalıdır.

- Xabi Alonso ilə görüşdükdən sonra onun adı "Liverpul"la hallanır. Görüş zamanı bu haqda danışdınınız?

- Yox, sırf işlə bağlı görüşümüz oldu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC