“NTD-İndiqo” liderlərə çatdı

Azərbaycan Basketbol Liqasında XII turun daha bir oyunu baş tutub.
Presssport.az xəbər verir ki, günün yeganə matçında “NTD-İndiqo” “Gəncə”nin qonağı olub.
Gəncə Olimpiya İdman Kompleksində qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb – 94:80. 

Bu qələbə "NTD-İNDİQO" nun müntəzəm mövsümdəki 10-cu qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 17 xal, 7 ribaund), "NTD-İNDİQO" (Qeylen Smit - 27 xal, 16 ribaund) 
Xallarının sayını 22-yə çatdıran “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb. Meydan sahibləri isə 14 xalla 9-cu sıradadır.

Tura bu gün baş tutacaq “Şəki” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Xatırladaq ki, daha əvvəl “Xəzri” “Cəbrayıl”ı (100:81), “Xırdalan” “Sabah”ı (107:103), “Sərhədçi” isə “Sumqayıt”ı (91:63) məğlub edib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC