Qran-pridə son gündə cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib. Presssport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda israilli Quy Qurevitçə qalib gələrək bürünc medal əldə edib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kq) mükafat eldə edə bilməyiblər.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC